RU

“Traktor”a qadağa qoyuldu

İran Futbol Federasiyası “Traktor” klubuna Təbrizdə çempionluq kubokunu təqdim etmə mərasimi keçirməyə icazə verməyib.

Tribunainfo.az xəbər verir ki, bu barədə sözügedən federasiya açıqlama yayıb. Federasiya iddia edib ki, guya, bu, təhlükəsizliklə bağlıdır.

Federasiya həmçinin çempionatın son oyununu Təbrizdə keçirməli olan “Traktor” klubunun “İstiqlal Xuzistan” qarşılaşmasının da yerini dəyişdirib. Lakin matçın konkret olaraq hansı şəhərdə baş tutacağı barədə qəti qərar vermədiklərini açıqlayıb.

Fərda Uğur

 

Избранный
0
tribunainfo.az

1Источники