RU

Bakıda kişi qardaşına məxsus tüfənglə özünü güllələdi

​BAKI, 8 may. TELEQRAF

Bakının Xəzər rayonunda 30 yaşlı kişi özünü güllələyərək öldürüb.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə mayın 7-də Buzovna qəsəbəsində baş verib.

1995-ci il təvəllüdlü Emin Müşfiq oğlu Məmmədov yaşadığı Buzovna qəsəbəsindəki evdə ov tüfəngi ilə baş nahiyəsinə atəş açaraq özünü öldürüb.

Hadisə yerindən qardaşı 1998-ci il təvəllüdlü Mikayıl Məmmədova məxsus müvafiq sənədləri olan “Huğlu Renova” markalı 22R1560 N-li ov tüfəngi götürülüb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

Избранный
0
1
teleqraf.com

2Источники