Bakı, 8 may, AZƏRTAC
Milli Basketbol Assosiasiyasında (NBA) 1/4 final mərhələsinin növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, “Oklahoma-Siti Tander” doğma meydanda “Denver Naqqets”ə 149:106 hesabı ilə qalib gələrək seriyanı bərabərləşdirib - 1:1.
Qalib komandanın ən məhsuldar oyunçusu 34 xal toplayan kanadalı müdafiəçi Şay Gilqeus- Aleksandr olub.
Digər matçda isə “Nyu-York Niks” səfərdə “Boston Seltiks”i 91:90 hesabı ilə məğlub edərək, seriyada üstünlüyünü artırıb – 2:0. Coş Hart 23 xalla Nyu-York təmsilçisinin bombardiri olub.
Komandalar arasında üçüncü matçlar mayın 10-də təşkil olunacaq.