Gənclər və İdman Nazirliyinin tabeliyindəki “Bakı Kristal Zalı” MMC 2024-cü il üzrə maliyyə hesabatının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi "BKR İşik Konsaltinq" MMC-dir.
Qalib şirkətə 3,4 min manat ödəniləcək
Ötən il də bu tenderin qalibi "BKR İşık Konsaltinq" MMC olub. Şirkətə 3,85 min manat ödənilib.