RU

Berezutski "Sabah"ı başsız qoya bilər

BAKI, 7 may. TELEQRAF

Azərbaycan Premyer Liqasında XXXV turun "Zirə" ilə səfər oyununa “Sabah” komandasını baş məşqçi qismində Vasili Berezutski çıxarmaya bilər.

Teleqraf-ın məlumatına görə, buna səbəb rusiyalı mütəxəssisin mayın 17-də Rusiya MOİK-inin UEFA Kubokunu qazanmasının 20 illiyi münasibətilə təşkil olunan yoldaşlıq oyunu üçün vətəninə yollanma ehtimalıdır.

“Sabah” klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Teleqraf-a açıqlamasında 43 yaşlı baş məşqçinin tədbirdə iştirakı ilə əlaqədar oyunların tarixinin dəyişdirilməsi üçün Peşəkar Futbol Liqasına müraciət ünvanlanmadıqlarını bildirib: “Bu məsələyə tam olaraq XXXV turun oyun cədvəli müəyyənləşdikdən sonra cavab vermək mümkündür”.

Qeyd edək ki, MOİK 2004/2005 mövsümündə UEFA Kubokunu qazanıb. 42 yaşlı mütəxəssis sabiq komanda yoldaşları ilə birlikdə mayın 17-də "VEB Arena"dakı matçda forma geyinəcək. MOİK-in sabiq oyunçuları həmin avrokubok mövsümündə onlara qarşı çıxış etmiş ulduz futbolçularla üz-üzə gələcəklər.

Избранный
0
teleqraf.com

1Источники