“Disney” Yaxın Şərqdə ilk tematik parkını inşa edəcək.

İndex.az xarici mətbuata istinadən xəbər verir ki, şirkət Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə açılacaq.

“Disneyland” Yas süni adasında tikiləcək. Layihənin təfərrüatları açıqlanmır. “Disney” yalnız onu qeyd edib ki, işlənib hazırlanmasına təxminən iki il, parkın inşasına isə təxminən altı il vaxt sərf olunacaq.

“Əbu-Dabidəki “Disneyland” həqiqətən “Disney” ruhunda və eyni zamanda Əmirliklərin özünəməxsusluğunu əks etdirəcək. Dünyanın kəsişməsində “Disney”in inanılmaz əyləncələr vahəsi olacaq”, — deyə “The Walt Disney Company”nin baş direktoru Robert Ayger qeyd edib.

Şirkət vurğulayıb ki, BƏƏ-də dünyanın ən böyük aviasiya mərkəzi yerləşir. Yer kürəsi əhalisinin üçdə biri üçün Ərəb Əmirliklərinə səyahət orta hesabla dörd saat çəkir — ölkə perspektivli turizm istiqamətidir.

Hazırda dünyada altı “Disneyland” var. Bunlar Kaliforniya, Florida, Tokio yaxınlığındakı Urayasuda, Şanxay, Honkonq və Parisdə yerləşir.