RU

Sumqayıtda güclü PARTLAYIŞ: Xəsarət alan var

Sumqayıtda emalatxanada partlayış baş verib, fəhlə xəsarət alıb.

News24.az “report.az”a istinadən xəbər verir ki, hadisə İnşaatçılar yaşayış massivində yerləşən metaləritmə emalatxanasında qeydə alınıb.

Sobanın partlaması nəticəsində partlayış baş verib.

Partlayış nəticəsində 1997-ci il təvəllüdlü Ağasəlim Abduləli oğlu Cəlilov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Избранный
0
35
news24.az

10Источники