RU

“Neftçi və “Sabah” basketbol klubları final seriyasının 4-cü oyununda qarşılaşacaq

Bakı, 8 may, AZƏRTAC

Bu gün Azərbaycan Basketbol Liqasında final seriyasının növbəti oyunu keçiriləcək.

AZƏRTAC xəbər verir ki, “Neftçi” və “Sabah” komandaları dördüncü matçda üz-üzə gələcək. Bakı İdman Sarayında təşkil olunacaq qarşılaşma saat 19:00-da başlayacaq.

Tərəflər arasında daha əvvəl üç oyun keçirilib. “Sabah” iki, “Neftçi” isə bir qələbə qazanıb.

Beşinci görüş mayın 11-nə təşkil olunacaq.

Qeyd edək ki, final seriyasında dörd qələbə qazanan komanda qızıl medalların sahibi olacaq.

Избранный
0
azertag.az

1Источники