RU

Hakan Fidan da həmin toplantıda iştirak edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Varşavada keçiriləcək Avropa İttifaqı xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında iştirak edəcək.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, toplantıda Türkiyənin Aİ-yə üzvlük prosesi və qitə təhlükəsizliyi məsələləri gündəmdə olacaq.

Bildirilir ki, Varşavada keçiriləcək görüş Türkiyə ilə Avropa İttifaqı arasında dialoq kanallarının gücləndirilməsi və Türkiyənin Aİ-yə üzvlük prosesi daxil olmaqla ikitərəfli əlaqələrdə konkret addımların atılması baxımından əhəmiyyətlidir.

İclasda Avropanın xarici və təhlükəsizlik siyasətində mövcud problemlərin, xüsusilə də hibrid təhdidlərə qarşı dayanıqlığın artırılmasının müzakirə ediləcəyi gözlənilir.

Избранный
0
2
qafqazinfo.az

3Источники