RU

Xaçmazda ədəbi hadisə - “Ulduzlar” - 65

Mayın 6-da Xaçmazda Murad Qudyalçaylı adına “Ulduzlar” Ədəbi Məclisinin 65 illik yubileyinə həsr edilmiş geniş tədbir keçirilib.

Kulis.az xəbər verir ki, tədbirə Xaçmaz Rayon İcra Hakimiyyəti və Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi də dəstək verib.

Ulu öndər Heydər Əliyevin heykəli önünə çiçək qoyulmaqla başlayan tədbir Xaçmaz Tarix Diyarşünaslıq Muzeyində təşkil edilmiş “Ulduzlar”ın üzvlərinin və rayon yazarlarının əsərlərindən ibarət sərgiyə baxışla davam edib.

Muzeyin geniş konfrans zalındakı tədbirdə rəsmilərlə yanaşı Azərbaycan Yazıçılar Birliyinin təmsilçiləri də iştirak ediblər.

Tədbirin ilk çıxışında Məclisin sədri, şair Fərzalı Ziyanur “Ulduzlar”ın tarixçəsi və keçdiyi yol haqqında məruzə edib.

Qeyd edək ki, tədbirin aparıcısı “Ulduzlar”ın fəxri üzvü, Əməkdar jurnalist Azər Həsrət olub.

Избранный
0
kulis.az

1Источники