Bu fikirləri Belediyye.infoya Suraxanı rayonu Qaraçuxur bələdiyyəsinin sədri İxdiyar Nəcəfov deyib.
Sözünə davam edən sədr bildirib ki, ötən ilin aprel ayı ilə müqayisədə cari ilin aprel ayında bələdiyyə büdcəsində 29 fazilik artım müşahidə olunub. Artım əsasən əmlak vergisində hiss olunub.
Sədr qedy edib ki, bu irəliləyiş BAMS-ın ƏMDX məlumat sisteminə inteqrasiya edilməsi, habelə vergi xidmətinin işinin təkmilləşdirilməsi nəticəsində nail olunub.
Əldə olunan maliyyə vəsaiti ilə bələdiyyə sakinlərin müraciəti əsasında qəsəbənin Qurabn Abbasov küçəsində asfalt işlərini həyata keçirmişdir.
Hazırda məhəllədaxili ərazilərdə abadlıq işlərinin aparılması üçün Suraxanı RİH-in dəstəyi ilə söküntü işlərinin aparılmasına başlanılıb.
Bu gün Qaraçuxur bələdiyyəsinin qarşısında dayanan əsas məsələ sakinlərin hər bir müraciətini diqqətdə saxlamaqla vətəndaş məmnunluğunun təmin edilməsinə öz töhfəsini verməkdir.



Leqal.info