RU

Hindistan Pakistana hava zərbəsi endirdi

Hindistanın Pakistan ərazisinə endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 31-ə, yaralıların sayı isə 57-yə çatıb.Vətəninfo.az xəbər verir ki, bu barədə RİA Novosti-yə Pakistan ordusunun ictimaiyyətlə əlaqələr departamentinin baş direktoru, general-leytenant Əhməd Şərif Çaudri məlumat verib.

Bundan əvvəl Pakistan hakimiyyəti 20-dən çox insanın öldüyünü və 40-dan çox yaralının olduğunu bildirmişdi.

Dawn TV Pakistan ordusunun sözçüsünə istinadən xəbər verir ki, Hindistanın Pakistanın mülki vətəndaşlarına endirdiyi hava zərbələri nəticəsində 31 mülki şəxs həlak olub, 57 nəfər yaralanıb.

Xatırladaq ki, Hindistan mayın 7-nə keçən gecə Sindoor əməliyyatı çərçivəsində Pakistanda 4, Kəşmirdə isə 5 hədəfə zərbə endirib.

Aprelin 22-də Hindistanın Cammu və Kəşmir əyalətinin Pahalqam turizm qəsəbəsində bir qrup turistə qarşı 25 Hindistan və 1 Nepal vətəndaşının ölümü ilə nəticələnən hücumdan sonra gərginlik artıb.
Hindistan “Ləşkər-e-Taibə” qruplaşmasını terrorizmdə günahlandırıb və Pakistanın idarələrarası kəşfiyyatının da iştirakını iddia edib.

Избранный
0
veteninfo.az

1Источники