Pablo Barrios “Atletiko”da uzun müddət oynayacaq. O, klubu ilə yenidən anlaşıb.
“Relevo”nun yaydığı məlumata görə, İspaniya klubu 21 yaşlı yarımmüdafiəçi ilə razılıq əldə edib. Onunla imzalanacaq yeni sözləşmənin müddəti 2030-cü ilin yayına qədər olacaq.
Pablonun hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdi. Gənc futbolçu bu mövsüm “Atletiko”nun heyətində 38 oyunda meydana çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта