RU

Azərbaycanda vəfat edən şəxsin pensiyasını bu şəxslər alacaq - VİDEO

Mövcud qanunvericiliyə əsasən, bəzi hallarda dünyasını dəyişən şəxsin topladığı pensiya kapitalı və ya aldığı pensiya vərəsələrinə verilə bilər.

Yenisabah.az Xəzər TV-yə istinadla xəbər verir ki, deputat Vüqar Bayramov bu hüququn 18 yaşına çatmayan övladlara, əlilliyi olan şəxslərə və dünyasını dəyişən şəxsin həyat yoldaşına şamil olunduğunu bildirib:

"Bu sahədə yeni yanaşmalar üzərində də düşünülür. Millət vəkili pensiya kapitalının tam olmasa da, bir hissəsinin vətəndaşların şəxsi ehtiyaclarına yönəldilməsini təklif edir. Belə modellər artıq inkişaf etmiş bir sıra ölkələrdə tətbiq olunur".

Deputat əlavə edib ki, bəzi ölkələrdə yalnız minimum deyil, orta pensiya kapitalı anlayışı da mövcuddur. Topladığı məbləğ orta pensiya kapitalından çox olan vətəndaşlara ondan istifadə imkanları yaradılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 


Telegram kanalımız
Избранный
0
15
yenisabah.az

10Источники