Lvbel C5 adı ilə tanınan məşhur reper Süleyman Burak Bodur narkotik maddəyə təşviq ittihamı ilə həbs olunaraq Kandıra həbsxanasına göndərilib.
Milli.Az "Milliyet"ə istinadla xəbər verir ki, Süleyman Burak Bodur 6 mayda mahnılarında narkotik istifadəsini təbliğ etdiyi iddiası ilə ifadə vermək üçün Gebzə Rayon Polis İdarəsinə çağırılıb. Burada ifadəsi alındıqdan sonra o, məhkəməyə çıxarılıb və cəza məqsədi ilə Kandıra həbsxanasına göndərilib.
Onun həbs edilmə anının görüntüləri yayılıb, kadrlarda reperin əlində qandal, üzündə yorğun və kədərli ifadə ilə polis maşınına mindirilməsi əks olunub.
Sənətçi ifadəsində mahnı sözlərini bilərəkdən yazmadığını, yalnız qafiyə uyğunlaşdırmaq üçün belə ifadələrdən istifadə etdiyini və bunun cinayət olduğunu bilmədiyini deyib. Onun vəkili Faruk Lokman isə açıqlamasında bildirib ki, reper barəsində CİMER-ə (Prezident Administrasiyasının Xəbər Mərkəzi) göndərilən anonim şikayət əsasında araşdırma başlanıb. İddialara görə, Bodurun bəzi mahnıları və videoklipləri gəncləri narkotikə və cinayətə yönləndirir.
Hazırda iş üzrə istintaq davam edir.
İsmayıl
Milli.Az
Məqaləyə dair fotomateriallar:

