Çempionlar Liqasının finalı İtaliyanın “İnter” və Fransanın PSJ komandaları arasında olacaq.
Futbolpress.az xəbər verir ki, PSJ tarixində hələ avrokuboklara qalib olmayıb. Ümumiyyətlə, beynəlxalq arenada Fransa təmsilçilərinin ən yaxşı göstəricisi “Marsel”ə aiddir. Komanda 1993-cü ildə UEFA Çemmpionlar Kubokunu qazanıb.
Ondan sonra “Reyms”, “Sent-Etyen”, “Monako”, PSJ finala yüksəlsələr də, qalib ola bilməyib.