RU

300 min nəfər qayıtmışdı -18-i sağ qalıb

Sabah İkinci Dünya müharibəsindəki qələbənin 80-ci ildönümü tamam olur.

Prezident İlham Əliyevin 21 aprel 2025-ci il tarixli sərəncamına əsasən, 1941–1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına və Sərəncamda nəzərdə tutulan digər şəxslərə birdəfəlik maddi yardımların ödənişi həyata keçirilib.

Sərəncama uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin müharibənin iştirakçılarının hər birinə 2500 manat birdəfəlik maddi yardım ödənilib.

İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslər, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarının hər birinə isə 1250 manat birdəfəlik maddi yardım ödənilib.

Sərəncam İkinci Dünya müharibəsi iştirakçıları və digər müvafiq şəxslərdən ibarət ümumilikdə 2340 şəxsi əhatə edib və birdəfəlik maddi yardımlar onların bank hesablarına köçürülüb.

Məlumdur ki, İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin qazanılmasında 600 mindən çox azərbaycanlı da iştirak edib. Onların yarısı – 300 min nəfəri müharibədə həlak olub. 300 min azərbaycanlı isə müharibədən sağ qayıdıb...

Müharibənin bitməsindən 80 ilə yaxın vaxt keçib, bəs ölkəmizdə bu savaşın iştirakçılarından neçə nəfəri sağ qalıb?

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 1941-1945-ci illər müharibəsi iştirakçılarının sayı 18 nəfərdir. Onların aldığı Prezident təqaüdünün orta aylıq məbləği isə 330 manata bərabərdir.

Qeyd edək ki, İkinci Dünya müharibəsi iştirakçıları Prezidentin aylıq təqaüdləri (əlillik dərəcəsinə uyğun 500 manat, 400 manat və 330 manat) və aylıq pensiya ilə təmin olunurlar.

Избранный
0
6
valyuta.az

7Источники