RU

“Avropa ölkələri Hitler Almaniyasının tarixinin necə başa çatdığını unutmamalıdırlar” - Medvedev

“Neonasistlərə yardım edən Avropa ölkələri 1945-ci ildə Hitler Almaniyasının tarixinin necə başa çatdığını unutmamalıdırlar”.

Missiya.Az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev özünün “X” sosial media hesabında yazıb.

O bildirib ki, biz dostların faşist Almaniyasının sarsıdıcı məğlubiyyətinin 80-ci ildönümünü qeyd etmək üçün bizə qoşulduğunu görməkdən məmnunuq.

“Bugünkü tif xəstəliyinə düçar olmuş neonasist bitlərinə kömək edən avropalıların bunu yadda saxlaması lazımdır”, - deyə Medvedev əlavə edib.

Onun sözlərinə görə, Avropa ölkələri açıq-aşkar iqtisadi və siyasi məsrəflərə baxmayaraq, Kiyevdəki neonasist rejimini pul, silah və kəşfiyyatla təmin edərək ardıcıl olaraq dəstəkləməkdə davam edir:

“Brüssel Rusiyaya döyüş meydanında strateji məğlubiyyət vermək və Ukrayna münaqişəsini Kiyevin maksimalist şərtləri ilə həll etmək kimi konsepsiyaya sadiqdir”, - deyə Medvedev vurğulayıb.

 

Daşqın HəsənovMissiya.Az

Избранный
0
missiya.az

1Источники