RU

Trampın Ərdoğandan xüsusi istəyi var: Dinləyəcəyi yeganə lider sizsiniz

Türkiyə digər ölkə liderlərinin də istəyi ilə Rusiya-Ukrayna müharibəsini bitirmək üçün müdaxilə edəcək.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan dəyərləndirmə edib.

"Prezidentimizin Trampa təsir imkanlarından istifadə etməsi üçün bölgə ölkələrindən çoxlu müraciətlər alırıq. Onlar "Trampın dinləyəcəyi yeganə müsəlman lider sizsiniz. Ona görə də öz fikirlərinizi ona çatdırın" deyirlər”, - deyə nazir söyləyib.

Digər tərəfdən, ABŞ prezidenti Donald Trampın da Ərdoğandan xüsusi istəyi olduğu ortaya çıxıb. Bildirilib ki, Tramp bazar ertəsi telefonla danışdığı Ərdoğana Rusiya-Ukrayna müharibəsini bitirmək üçün birlikdə işləməyi təklif edib.

Bu məqamda Türkiyə Qara dənizdə müharibə riskinin tamamilə aradan qaldırılması və bölgədə sülh, sabitlik və əmin-amanlığın bərqərar olması üçün lazımi dəstəyi verməyə hazır olduğunu ABŞ administrasiyasına çatdırıb.

Избранный
0
publika.az

1Источники