Fransanın paytaxtı Parisdə ötən gecə futbol bayramı faciə ilə nəticələnib.
Yenisabah.az xəbər verir ki, “Paris Saint-Germain” (PSJ) klubunun Çempionlar Liqasının finalına yüksəlməsini qeyd edən azarkeşlərin üzərinə naməlum şəxs avtomobil sürüb.
Fransa mediasının verdiyi məlumata görə, hadisə PSJ-nin “Arsenal” üzərində 2:1 (ümumi hesabla 3:1) hesablı qələbəsindən sonra baş verib. Üç nəfər xəsarət alıb, onlardan biri ağır vəziyyətdədir, digərləri isə yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən sürücü qaçmağa cəhd göstərib, lakin hadisə şahidləri onu izləməyə başlayıb. Bir qədər sonra avtomobil yanmış vəziyyətdə tapılıb, sürücünün özü isə hələlik tapılmayıb. Hadisənin motivləri və sürücünün niyyəti məlum deyil.
Polis hadisə ilə bağlı istintaqa başlayıb. Təhlükəsizlik qüvvələri hücumun qəsdən və ya qəza nəticəsində baş verib-vermədiyini araşdırır./Musavat.com
Telegram kanalımız