Türkiyə ilə İsrail arasında birbaşa danışıqlar mayın 8-də Azərbaycanda keçiriləcək. – İsrailin “Kan” nəşri xəbər verir.
Mayın 8-də Bakıda Türkiyə və İsrail nümayəndələri arasında birbaşa danışıqlar keçiriləcək. Bu danışıqlar xüsusilə hər iki ölkənin maraqlarının kəsişdiyi Suriyadakı vəziyyət kontekstində regional təhlükəsizlik məsələlərini müzakirə etmək məqsədi daşıyır. Qeyd olunur ki, danışıqlar çərçivəsində İsrail Suriya ilə sərhədə yaxın ərazilərin demilitarizasiyasını və onun təhlükəsizliyini təhdid edən strateji silahların yerləşdirilməsini istisna etməyi tələb edəcək.
Aprelin əvvəlində Azərbaycanda Türkiyə və İsrail rəsmiləri arasında texniki görüş keçirilib və Suriyada mümkün hərbi toqquşmaların qarşısının alınması tədbirləri müzakirə edilib.