RU

Pakistan və Hindistan qırıcılarının "hava döyüşü" TARİXƏ DÜŞDÜ - DETALLAR

Pakistan və Hindistan arasında baş verən hava qarşıdurması müasir aviasiya tarixində ən irimiqyaslı və uzunmüddətli döyüşlərdən biri kimi qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə CNN yazıb.

Mənbə qeyd edir ki, ümumilikdə 125 qırıcı təyyarə havaya qalxaraq bir saatdan artıq müddətdə qarşılıqlı manevrlər və hücum simulyasiyaları həyata keçiriblər. Maraqlısı odur ki, heç bir tərəf digərinin hava məkanına daxil olmayıb – döyüş hər iki ölkənin öz sərhədləri daxilində baş verib.

“Raket mübadiləsi” isə bəzən 160 kilometrdən çox məsafədən həyata keçirilib, yəni təyyarələr bir-birinə yaxınlaşmadan, uzaqdan idarə olunan raketlərlə qarşılıqlı atəş açmağa çalışıblar.

Bu qarşıdurma Cənubi Asiyada hərbi gərginliyin artması və yüksək texnologiyalı müharibə metodlarının necə sürətlə yayıldığını da bir daha göstərir.

Bizim.Media

Избранный
0
bizim.media

1Источники