RU

Ukrayna dolları avro ilə əvəz edəcək - Kiyevdən rəsmi açıqlama


"Ukrayna ABŞ dollarını qrivnanın baza valyutası kimi avro ilə əvəz etmək imkanını nəzərdən keçirir." Bu barədə Ukrayna Milli Bankının (UMB) sədri Andriy Pışnı “Reuters”ə şərhində bildirib. Onun sözlərinə görə, Avropa İttifaqına potensial üzvlük, “müdafiə qabiliyyətimizin təmin edilməsində Aİ-nin rolunun güclənməsi, dünya bazarlarında daha böyük volatillik və qlobal ticarətin fraqmentasiyası ehtimalı” UMB-ni avronun dollar əvəzinə Ukrayna qrivnası üçün baza valyutası olub-olmamasını yenidən nəzərdən keçirməyə məcbur edir.
O qeyd edib ki, ABŞ dolları ilə əməliyyatlar Ukraynanın valyuta bazarının bütün seqmentlərində üstünlük təşkil etməyə davam edir, lakin avroda denominə edilmiş əməliyyatların payı əksər seqmentlərdə artır.

Mətləb

Избранный
0
3
baki-xeber.com

10Источники