RU

Fransızlar 10 soydaşımızın ölümünə necə səbəb oldular?- FOTOFAKT

Fransadakı azərbaycanlı partizanlar haqqında Rusiya Federasiyası Müdafiə Nazirliyinin mərkəzi arxivində yer alan məlumat:
“1944-cü il avqustun 16-da almanlara qarşı yeraltı işlərdə və Fransada inqilabi fəaliyyətdə şübhəli bilinən aşağıdakı yoldaşlar həbs edildi:
1. Kapitan Mirzəxan Məmmədov, azərbaycanlı. Ünvan: Şuşa şəhəri, "Şeytan-bazarı" küçəsi.
2. Leytenant Mirzəəli Məmmədov, azərbaycanlı. Ünvan: Ağdam rayonu, Çəmənli kəndi.
3. Leytenant Həmid Qurbanov, azərbaycanlı. Ünvan: Ağdaş rayonu, Qara dağ kəndi.
4. Leytenant Paşa Donefrhaili, yəhudi, Azərbaycan vətəndaşı. Ünvan: Bakı şəhəri.
5. Leytenant Qulu Quliyev, azərbaycanlı. Ünvan: Qazax rayonu, İlıqlı kəndi.
6. Leytenant Vəli Vəliyev, azərbaycanlı. Ünvan: Qaraoğlu q.
7. Leytenant Məmməd Həsən Axundov, azərbaycanlı. Ünvan: Masalin rayonu.
8. 3-cü dərəcəli hərbi həkim Fərzulə Qurbanov, azərbaycanlı. Ünvan: Lənkəran şəhəri.
9. Leytenant İsmayıl Heydərov, azərbaycanlı. Ünvan: naməlum.
10. Leytenant Əli Həsənov, azərbaycanlı. Ünvan: Kürdəmir r.
Adları çəkilən şəxslərin hamısı 1944-cü il avqustun 17-də leytenant Eystraterin sədrliyi ilə Almaniya hərbi tribunalı tərəfindən təqsirli bilinib. Onlara ən yüksək cəza tədbiri - edam cəzası verilib.
Zaur Əliyev, tarixçi alim
May be an image of text

All reacti
64
Избранный
0
news365.az

1Источники