Dağıstanın kiçik bir kəndində yaşayan Elvira S. ilin ilk günlərində həyatının ən böyük sürprizini yaşayıb.
Hafta.az-ın RİA-ya istinadən yazdığına görə , yanvarın 4-də Rapido Ultra lotereyasının 9157-ci tirajına cəmi bir dəqiqə qalmış bilet alan qadın 42 milyon 763 min 520 rubl (520 min dollar) cek-potu qazanıb.
Ölkə üzrə dövlət lotereyalarının distribütoru “Stoloto” tərəfindən verilən məlumata görə, Elvira mükafatı "yeni ilin və yeni həyatın simvolu" kimi gördüyünü bildirib.
İyirmi ildir çörək bişirən Elvira hətta vaxtaşırı iki növbədə işləyib. Həyat yoldaşı ilə birlikdə 4 uşaq böyüdən və onların təhsilinə önəm verən ailə qazandıqları pul mükafatını yeni mənzil almağı planlaşdırır. Şirkətin açıqlamasına görə, Elvira tirajdan əvvəl də “bu rəqəm kombinasiyası ilə heç nə olmayacağını” düşünüb.
“Əvvəl 42 min rubl qazandığımı düşündüm” deyən Elvira faktiki məbləği anlayanda həyəcanlanıb. "Yenidən baxdım və təəccüb etdim ki, həqiqətən bu qədər pul qazanmışam?", o, deyib.