PSJ-nin futbolçusu yeni rekorda imza atıb.
Msport.az xəbər verir ki, 27 yaşlı hücumçu Çempionlar Liqasının yarımfinal mərhələsində “Arsenal”la cavab oyununda bunu reallaşdırıb.
O, Fransa klublarının heyətində bir mövsümdə “qol+assist”lə ən çox xal toplayan futbolçu rekordunu qırıb. Dembele bu mövsüm qitənin ən nüfuzlu klub turnirində 8 qol vurub, 4 məhsuldar ötürmə verib. Ulduz futbolçu “Arsenal”la qarşılaşmada (2:1) assistlə yadda qalıb.
Maraqlıdır ki, PSJ bu mövsüm turnirdə 3-cü İngiltərə klubunu mübarizədən kənarlaşdırıb. Parislilər buna qədər 1/8 finalda “Liverpul”dan (1:0, 0:1, pen. 4:1), 1/4 finalda isə “Aston Villa”dan (3:1, 2:3) güclü olub.
İngilislər 2021-22 mövsümündə də bu aqibətlə üzləşmişdi. Həmin vaxt “Real” 1/4 finalda “Çelsi”ni (3:1, 2:3), yarımfinalda “Mançester Siti”ni (3:1, 3:4) mübarizədən kənarlaşdırıb, finalda “Liverpul”u (1:0) üstələmişdi.
Qeyd edək ki, PSJ – “İnter” finalı mayın 31-də Münhendə keçiriləcək.