"Bundan sonra bütün qarşılaşmalar bizim üçün final mərhələsi kimi olacaq. Əlbəttə, bu məsələdə azarkeşlərin üzərinə böyük məsuliyyət düşür. Onların dəstəyinə böyük ehtiyacımız var"
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu sözləri hazırda 34 xalla 1-ci liqaya yuvarlanma riskini daşıyan "Sivasspor"un baş məşqçisi Rıza Çalımbay deyib.
O, vaxtilə "Sivasspor"la bir çox uğurlar qazandığını xatırladıb və bu dəfə də liqada qalmağı bacaracaqlarına əmin olduğunu vurğulayıb: "Sivasspor" bizim komandadır. Əlimizdən gələni edəcəyik".
Fərid ASLAN
MİA.AZ