RU

"Volkswagen"və "Porsche"ninhibridi satışa çıxarıldı - FOTO

Böyük Britaniyada unikal avtomobil satışa çıxarılıb.

Avtosfer.az "Carscoops"a istinadən xəbər verir ki, söhbət 1967-ci il istehsalı "Volkswagen Beetle" və 1997-ci ilin "Porsche Boxster" modellərinin birləşməsindən gedir.

Qeyri-adi və unikal özəl avtomobil üçün 23.5 min funt sterlinq (təxminən 53 380 manat) qiymət tələb olunur.

Avtomobilə 19 düymlük enli təkərlər quraşdırılıb. Güc qurğusunun texniki göstəriciləri açıqlanmır.

Avtomobilin yaradıcısı qeyd edib ki, onun hazırlanması ötən ilin aprel ayında başa çatıb və o vaxtdan etibarən əsasən müxtəlif sərgilərdə şou avtomobili kimi istifadə olunub.(oxu.az)

 

Избранный
0
1
avtosfer.az

2Источники