UEFA Çempionlar Liqasında ikinci finalçının adına aydınlıq gəlib.
Viral.az xəbər verir ki, bu, Parisdə keçirilən PSJ – “Arsenal” matçından sonra müəyyənləşib.
Fransa təmsilçisini cavab qarşılaşmasında rəqibini 2:1 hesabı ilə məğlub edərək adını finala yazdırıb.
Son Yazılar:
- Çempionlar Liqasında ikinci finalçı bəlli oldu
- Makaron illərdir yanlış bişirilirmiş – ən sağlam və dadlı üsul
- Alimlər ağrı sindromunun diaqnostikası üçün innovativ texnologiya hazırlayıblar
PSJ finalda “İnter”lə qarşılaşacaq.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının final matçı mayın 31-də Almaniyanın Münhen şəhərində keçiriləcək.
UEFA Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
7 may
23:00. PSJ (Fransa) – “Arsenal” (İngiltərə) (ilk oyun – 1:0) – 2:1
Qol: Fabian Ruiz, 27, Hakimi, 72 – Saka, 76