RU

Hollandiya Rusiya ilə potensial hərbi toqquşmayahazırlaşır

Hollandiya hərbi kəşfiyyatının rəhbəri, vitse-admiral Pieter Risnick Rusiya ilə mümkün hərbi qarşıdurma barədə xəbərdarlıq edib.

Redaktor.az bu barədə "Politico" nəşrinə istinadla məlumat verir.

Məlumata görə, Risnick Rusiyanın hərbi sahədə sürətlə güclənməsini ciddi təhlükə kimi qiymətləndirərək, beynəlxalq ictimaiyyəti gələcək aylarda ayıq-sayıq olmağa çağırıb.

Risnick bildirib ki, əgər Rusiya hərbi istehsal tempini bu səviyyədə saxlayarsa, qarşıdurma ehtimalı real görünür. O əlavə edib ki, Hollandiya NATO çərçivəsində bu cür ssenariyə hazır olmaq üçün yüksək hazırlıq vəziyyətindədir.

Xatırladaq ki, daha əvvəl Hollandiya hökuməti Rusiyanın “Sarmat” ballistik raketinə qarşı müdafiənin çətin olduğunu etiraf etmişdi. Lakin görünür, bu dəfə ölkə hərbi cəhətdən daha sistemli hazırlıqlara start verib.

Aytəkin TOFİQQIZI

Избранный
0
redaktor.az

1Источники