RU

Bursada ağır yol qəzasında 3 nəfər ölüb

Türkiyənin Bursa şəhərində iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində üç nəfər ölüb, bir nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə İHA məlumat yayıb.

“Qəza saat 01:10 (Bakı vaxtı ilə 02:10) radələrində Dutluca məhəlləsi yaxınlığında baş verib. <...> İznikdən Orxanqazi istiqamətinə hərəkət edən <...> “Mercedes” avtomobili ilə qarşı istiqamətdə hərəkət edən <...> yolsuzluq avtomobili toqquşub”, – agentlik diqqətə çatdırıb.

Bildirilib ki, qəza nəticəsində “Mercedes”dəki sürücü və iki sərnişini hadisə yerindəcə keçinib. Yolsuzluq avtomobilinin sürücüsünün qəza yerində tapılmamasının ardından axtarışlara başlanılıb. Yarım saat sonra o, yüngül yaralı vəziyyətdə hadisə yerinin yaxınlığında, kolluqda gizləndiyi müəyyən edilib. Xəstəxanaya aparılan sürücünün spirtli içkinin təsiri altında olduğu təsbit edilib.

Faktla bağlı araşdırma aparılır.

Избранный
0
report.az

1Источники