Bakı. Trend:
ABŞ hakimiyyəti 35-ci prezident Con Kennedinin qardaşı, senatorRobert Kennedinin qətli ilə bağlı daha 60 min sənədin məxfiliyiniləğv edib.
Trend xəbər verirki, bu barədə ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard Xhesabında məlumat verib.
Sənədlər artıq Milli Arxivin rəsmi saytında ictimaiyyətə təqdimolunub. Aprel ayında 10 min səhifənin paylaşılmasından sonra,ekspertlər daha öncə arxivə daxil edilməmiş sənədləri tapmaq üçünFTB və Mərkəzi Kəşfiyyat İdarəsinin anbarlarında axtarışaparıblar.
Qabbard bildirib ki, yeni açıqlanan sənədlər FTB-nin RobertKennedinin qətli ilə bağlı apardığı istintaqa dair indiyədəkbilinməyən təfərrüatları ehtiva edir. Materiallarda, həmçinin,senatorun rəsmi sui-qəsd tarixindən bir ay əvvəl güllələnmiş olabiləcəyinə dair sübutlar da yer alır.
Yeni paketə 17 audio fayl da daxildir. Qabbardın sözlərinə görə,bunlar arasında Robert Kennedini öldürməkdə ittiham olunan SirhanSirhan və hadisə şahidlərinin ifadələrinin səs yazıları damövcuddur.
Qeyd edək ki, Robert Kennedi 1968-ci ilin iyununda Los-Ancelesdəqətlə yetirilib. Cinayətdə fələstinli Sirhan Sirhan təqsirlibilinib. Onun motivinin Kennedinin Altı Günlük Müharibədə İsrailəverdiyi dəstəyə qarşı çıxmaq olduğu ehtimal olunur. Qətl zamanıSirhan 24 yaşında olub.