Əməkdar artist Gövhər Rzayeva ona edilən hədiyyədən danışıb.
Milli.Az xəbər verir ki, qarmon ifaçısı "Elgizlə izlə" verilişində bir şəxsin onu Ümrə ziyarətinə göndərdiyini deyib:
"Deyib ki, Məhərrəmlik ayında səni Ümrə ziyarətinə göndərəcəyəm. İki dəfə Həcc ziyarətində olmuşam. Bir nəfər məni Kərbəlaya göndərib.
Bir dəfə Suriyada Zeynəbin qəbrində, 3 dəfə Məşəddə olmuşam. Allahın evini görmək hamıya qismət olsun. Oralara gedəndə adam tamam dəyişir". (axsam.az)
Milli.Az