Çərşənbə axşamı, mayın 6-da Kubanın Matanzas əyalətində Rusiyadan gələn turistləri daşıyan avtobus qəzaya uğrayıb...
Poliqon xəbər verir ki, bu barədə Rusiyanın Kubadakı səfirliyinin saytında məlumat verilib. Qəza nəticəsində bir qadın xəstəxanaya yerləşdirilib.
Məlumatda qeyd edilir ki, qəza Harquey-Qrande şəhərinin ərazisində baş verib. Səfirliyin məlumatına görə, içərisində 9 turistin olduğu avtobus sürüşərək yoldan çıxaraq aşıb.
Diplomatik nümayəndəliyin yerli hakimiyyət orqanları, turoperator və sığorta şirkəti ilə əlaqə saxladığı bildirilir. Lazım gələrsə, ruslara konsulluq yardımı göstəriləcək.
Poliqon.info