PSJ-nin baş məşqçisi Luis Enrike "İnter"lə keçiriləcək final oyunu haqda danışıb.
PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının finalında "İnter"lə oyundan gözləntilərini bölüşüb.
Operativ Media xəbər verir ki, UEFA-nın mətbuat xidməti Enrikenin sözlərindən sitat gətirib.
"Bu, onların 3 ildə ikinci finalıdır. Onlar matça hazırdırlar. Bu, meydanda dominantlıq edən komandadır. Dünən vəziyyətin hər iki tərəfə getdiyi bir matç oldu. "İnter"in nəinki yaş baxımından daha çox təcrübəsi olduğu açıq-aydın görünürdü. Finala düzgün münasibətlə yanaşmalıyıq".
Çempionlar Liqasının finalı mayın 31-də Münhendə keçiriləcək.