“Ukrayna konfliktinin nizamlanması məsələsi ilə bağlı qərarlar qəbul etməyin vaxtı çatıb”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.
“Biz elə bir nöqtəyə gəlirik ki, bəzi qərarlar qəbul etməli olacağıq. Və mən bundan məmnun deyiləm”, - deyə o bildirib.
ABŞ lideri bu qərarların nə olduğunu və qəbul edildikdən sonra nələrin olacağını açıqlamayıb.