RU

Putinin elan etdiyi atəşkəs rejimi qüvvəyə mindi

BAKI, 8 may. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putinin İkinci Dünya Müharibəsində Qələbənin 80 illiyi şərəfinə elan etdiyi atəşkəs rejimi qüvvəyə minib.

Teleqraf Rusiya mətbutaına istinadən xəbər verir ki, hazırda ruslar bütün hərbi əməliyyatları dayandırıb.

Atəşkəs mayın 8-i Moskva vaxtı ilə saat 00:00-dan mayın 11-i gecə 00:00-dək – 72 saat ərzində qüvvədə olacaq.

Rusiya tərəfi bəyan edib ki, Ukrayna atəşkəs rejimini pozarsa, cavab tədbirləri görüləcək.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya tərəfinin atəşkəsə başlaması ilə bağlı bəyanatlarını şərh etməyib.

Избранный
0
50
teleqraf.com

10Источники