RU

İngilislərin qənimi - PSJ

PSJ Çempionlar Liqasında finala gedən yolda İngiltərə klublarını mübarizədən kənarlaşdırıb.

İdman.biz xəbər verir ki, Luis Enrikenin komandası yarımfinalda "Arsenal"dan güclü olub - 1:0, 2:1.

Bunadək parislilər 1/8 finalda "Liverpula" (1:0, 0:1, p. 4:1), 1/4 finalda isə "Aston Villa" (3:1, 2:3) ilə duellərdən qalib ayrılmışdılar. PSJ pley-off mərhələsində isə "Brest"ə (7:0, 3:0) divan tutmuşdu.

İngilislər bundan əvvəl 2021/2022 mövsümündə bu aqibəti yaşamışdılar. "Real" 1/4 finalda "Çelsi"ni (3:1, 2:3), yarımfinalda "Mançester Siti"ni (3:1, 3:4) mübarizədən kənarlaşdırmış, finalda isə "Liverpul"u (1:0) məğlub etmişdi.

Qeyd edək ki, PSJ - "İnter" finalı mayın 31-də Münhendə keçiriləcək.

İdman.biz

Избранный
0
idman.biz

1Источники