Xəbər verdiyimiz kimi, Oğuzun Zərrab kəndi ərazisində “VAZ-21012” markalı minik avtomobili aşıb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə nəticəsində 1999-cu il təvəllüdlü Pərvin Qafar oğlu Dadaşov və 1998-ci il təvəllüdlü İmanov Mirsiyab German oğlu İmanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
***
23:38
Oğuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, qəza rayonun Zərrab kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata əsasən, Oğuz rayon sakininin idarə etdiyi “VAZ-21012” markalı minik avtomobili idarəetməni itirərək aşıb. Hadisə nəticəsində 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə yerləşdiriliblər. Hazırda onlara tibbi yardım göstərilir, şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.