RU

Laos prezidenti də Moskvaya səfərdən İMTİNA ETDİ

Laos Prezidenti Thonqlun Sisulit COVID-ə yoluxması səbəbindən mayın 9-da Moskvaya səfərini ləğv etməli olub.

Modern.az xəbər verir ki, bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov bildirib.

"Laoslu prezident xəstəliyə - ciddi koronavirusa görə gəlməyəcək. Əvəzində xarici işlər naziri gələcək", -Uşakov deyib.

Bundan əvvəl Sisulit 9 May Qələbə günündə Moskvada gözlənilən 29 liderin siyahısında idi.

Rusiya prezidenti Vladimir Putinin onunla ayrıca görüşü planlaşdırılmışdı.

Beləliklə, Moskvadakı təntənəli tədbirlərdə 27 liderin iştirakı gözlənilir. Azərbaycan Prezidenti İlham Əliyev də Rusiyaya səfərini ləğv edib.

Избранный
0
modern.az

1Источники