RU

Varşava Universitetinin kampusuna hücum edilib

Bakı. Trend:

Polşa vətəndaşı əlində balta ilə Varşava Universitetininkampusuna hücum edib.

Trend xəbər verirki, bu barədə məlumatı paytaxt polisi X sosial şəbəkəsindəyayıb.

“Əlində baltalı bir adam Varşava Universitetinin kampusunagirərək oradakı insanlara hücum etdi. O, 22 yaşlı Polşa vətəndaşıolub”, – deyə məlumatda bildirilir.

Hadisə nəticəsində bir qadın ölüb. Hüquq-mühafizə orqanlarınınilkin məlumatına əsasən, təcavüzkar qadının başını kəsib. Daha birşəxs isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Yerli media hücum nəticəsində həyatını itirən şəxsin AuditoriumMaximum binasını qoruyan konsyerj olduğunu ehtimal edir.

Polis hadisənin "cinayət xarakteri daşıdığını" vurğulayıb. Hücumedən şəxs saxlanılıb, hazırda hadisə yerində prokuror və istintaqqrupu çalışır.

Избранный
0
az.trend.az

1Источники