RU

Avropa Parlamentinin Türkiyə hesabatına sərt reaksiya

Avropa Parlamenti tərəfindən qəbul edilən 2023-2024 Türkiyə hesabatı ölkəmizə qarşı təhrif olunmuş, qərəzli və həqiqətə uyğun olmayan iddialar ehtiva edir.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.

“Terror təşkilatlarına və Türkiyə əleyhinə mövqe tutmağı özünə borc bilən bəzi çevrələrə təbliğat imkanı yaradan bir qurumun, Türkiyədəki siyasi proseslər, ölkənin xarici siyasəti və Prezident Rəcəb Tayyib Ərdoğanın Şimali Kipr Türk Cümhuriyyətinə səfəri ilə bağlı əsassız dəyərləndirmələrini rədd edirik. Qarşıdakı dövrdə üzvlük prosesimiz də daxil olmaqla Avropa İttifaqı ilə münasibətlərimizin qarşılıqlı fayda əsasında davam etdirilməsi üçün Avropa Parlamentinin öz öhdəliklərini yerinə yetirməsi əsas gözləntimizdir”, - bəyanatda qeyd olunub.

Избранный
0
5
axar.az

6Источники