Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin atəşi dayandırmaqla bağlı əvvəlki təşəbbüsünün hələ də qüvvədə olduğunu bəyan edib.
KONKRET.az xəbər verir ki, Zelenski bu barədə gündəlik müraciətində danışıb.
“Biz bu təklifimizi geri götürmürük. Bu, diplomatiyaya bir şans verə biləcək təşəbbüsdür. Ancaq məhz Rusiya tərəfindən hələ də heç bir cavab yoxdur — yalnız yeni zərbələr var. Bu isə çox aydın və birmənalı şəkildə göstərir ki, müharibənin əsas mənbəyi kimdir. Rusiya öz təcavüzünü dayandırmalıdır və onlar buna məcbur olacaqlar”, – deyə Zelenski bildirib.
Natiq Səlim,
KONKRET.az