Amerika prezidenti Trampın administrasiyası İranın nüvə yanacağını zənginləşdirməsi ehtimalı ilə bağlı hələ qərar verməyib. Tehran və Vaşinqton arasında növbəti görüş mayın 11-də baş tutacaq.
Amerika prezidenti Donald Tramp jurnalistlərin Vaşinqtonun Tehrana nüvə yanacağını yalnız müəyyən səviyyəyə qədər zənginləşdirməyə icazə verməsi ilə bağlı sualını cavablandırarkən deyib ki, Birləşmiş Ştatlar hələ ki, İran üçün nüvə yanacağının dinc məqsədli nüvə proqramı üçün zənginləşdirilməsi imkanının saxlanılması ilə bağlı yekun qərar qəbul etməyib.
Xatırladırıq ki, daha əvvəl “The Wall Street Journal” qəzeti ABŞ və İran arasında nüvə sazişi ilə bağlı əsas fikir ayrılıqlarını müəyyən etmişdi. Mövqelərdə əsas fərq uranın zənginləşdirilməsi idi. Həmçinin, Tehran Vaşinqtonun əldə olunan razılaşmaların təkcə İranın nüvə proqramını deyil, həm də raket proqramını əhatə etməsi istəyi ilə razılaşmır.
İran və ABŞ arasında danışıqların növbəti raundu mayın 11-də Omanda keçiriləcək. Bundan əvvəl tərəflər dörd görüş keçirib.