Rusiya Hava Hücumundan müdafiə sistemləri Ukrayna Silahlı Qüvvələrinə məxsus 8 pilotsuz uçuş aparatını Moskvaya yaxınlaşarkən vurub.
Redaktor.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyaninin rəsmi "Telegram" kanalında məlumat verilib.
Mer yazıb ki, Ukraynaya məxsus PUA-ların düşdüyü ərazidə artıq xüsusi xidmət orqanlarının əməkdaşları işləyir.