Vatikan yeni Roma Papasını seçə bilməyib.
AzPost Vatikan mediaya istinadən bildirir ki, Vatikanda Sikstin kapellasının bacasından qara tüstü buraxılıb. Bu o deməkdir ki, yeni papa hələ seçilməyib.
Konklav zamanı tüstünün rəngi kardinalların səsverməsinin nəticələrindən xəbər verir. Ağ tüstü yeni Papanın uğurla seçildiyini bildirir.