Bazar günü keçirilən “Şəfa” – “Şahdağ Qusar” oyununda 4500 azarkeş iştirak edib. Bu da 2-ci liqanın azarkeş rekordu deməkdi.
Şimal təmsilçisinin prezidenti Elçin Cananovun bizə verdiyi açıqlamada stadiona təxminən 2 min qusarlının gəldiyini demişdi. Bəs Elnur Abdullayevin fanat adlandırdığı azarkeşlər mövsümün digər oyunlarında niyə görünməyib? “Football-plus.az” “Şahdağ Qusar”ın Şamaxıda keçirdiyi ev oyunlarındakı azarkeş sayını təqdim edir:
1-ci tur: “Şahdağ Qusar” – “Dinamo” 20
3-cur: “Şahdağ Qusar” – “Şimal” 20
5-ci tur: “Şahdağ Qusar” – “Şəmkir” 25
7-ci tur: “Şahdağ Qusar” – “Sheki City” 50
9-cu tur: “Şahdağ Qusar” – “Göygöl” 30
11-cu tur: “Şahdağ Qusar” – “Füzuli” 10
12-ci tur: “Şahdağ Qusar” – “Şəfa” 400
16-cı tur: “Şahdağ Qusar” – “Araz-Saatlı” 20
18-ci tur: “Şahdağ Qusar” – “Lerik” 30
20-ci tur: “Şahdağ Qusar” – “Hypers Quba” 200
22-ci tur: “Şahdağ Qusar” – “Ağdaş” 30
“Hypers Quba “ və “Şəfa” ilə oyunları çıxsaq, stadiona cəmi 235 azarkeş gəlib. Bu isə “Şahdağ Qusar” azarkeşlərinin, sadəcə, bir oyunluq qəhrəman olduğunu göstərir.
MÜZƏFFƏR QULUZADƏ
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта