RU

Rəqəmsallaşma böyümə, inklüzivlik və regional əməkdaşlığın açarıdır - AİB vitse-prezidentləri

Bakı. Trend:

Asiya İnkişaf Bankının (AİB) rəhbərliyi Bankın Milanda keçirilən58-ci İllik Yığıncağının yekun sessiyasında çıxış edərək, inklüzivinkişaf, davamlılıq və regional inteqrasiyanın təmin edilməsindərəqəmsal transformasiyanın strateji rolunu önə çəkib.

Trend-in Milandaolan xüsusi müxbirinin verdiyi məlumata görə, AİB-in sektorlar vəmövzular üzrə vitse-prezidenti Fatimə Yasmin bildirib ki, Bankinkişaf etməkdə olan üzv ölkələrin rəqəmsal çağırışlara cavabverməsində fəal dəstək göstərir. O qeyd edib ki, bu məqsədlə AİB-inRəqəmsal Sektor Ofisinin imkanları genişləndirilib və bu təşəbbüsqanunvericilik çərçivələri, kibertəhlükəsizlik, rəqəmsal bacarıqlarvə universal texnoloji çıxış kimi sahələri əhatə edir.

"Rəqəmsal transformasiya artıq seçim deyil, mütləq zərurətdir",– deyə Yasmin vurğulayıb. O əlavə edib ki, Bank üzv ölkələrin artanehtiyaclarını nəzərə alaraq, iyun ayında qərargahında rəqəmsallaşmaüzrə ilk nazirlərarası görüş təşkil edəcək və bu, vahid rəqəmsalbazarların qurulmasına dair standartların uyğunlaşdırılmasına töhfəverəcək.

AİB-in İnzibati və Korporativ İdarəetmə üzrə vitse-prezidentiBrüs Qosper isə çıxışında bildirib ki, ölkələr rəqəmsallaşmaprosesini idarə etmək üçün AİB-in dəstəyinə güclü ehtiyac duyur.Onun sözlərinə görə, həm dövlət, həm də özəl sektor tərəfindən busahəyə yüksək maraq göstərilir və bu, maliyyə resursları vəsektorarası əməkdaşlıq tələb edən uzunmüddətli bir prosesdir.

Bankın Maliyyə Məsələləri və Risklərin İdarə Edilməsi üzrəvitse-prezidenti Roberta Kasali isə diqqəti rəqəmsallaşmanınyaratdığı imkanlarla yanaşı, onun risklərinə də yönəldib. O qeydedib ki, düzgün nəzarət mexanizmləri olmadan rəqəmsallaşma sosialvə gender bərabərsizliyini daha da dərinləşdirə bilər. Kasalihəmçinin Avropa və Asiya-Sakit Okean regionlarının qarşılaşdığırəqəmsal suverenlik və bacarıq çatışmazlığı kimi ortaq çağırışlaratoxunaraq, daha sıx regionlararası əməkdaşlığa çağırıb.

"Bəli, ciddi çağırışlar mövcuddur, lakin artım potensialı daböyükdür. Regionlar arasında daha sıx əməkdaşlıq daha inklüziv,təhlükəsiz və innovativ rəqəmsal gələcək formalaşdırmaq üçünvacibdir", – deyə o bildirib.

Избранный
0
az.trend.az

1Источники