Kəskin bahalaşmanın səbəbləri nələrdir? Paytaxtın daha çox hansı rayonlarında qiymət artımı gözə çarpır?
Demokrat.az Xəzər TV-yə istinadən bildirir ki, iqtisadçı Kənan Quluzadənin sözlərinə görə, 2022-ci ilin mart-aprel ayında paytaxtın mərkəzi rayonlarında yeni tikililərdə mənzillərin kvadrat metrinə düşən qiymət xeyli aşağı olub. O qeyd edib ki, mənzil bazarında baş verən qiymət artımının əsas səbəblərindən biri təklifin məhdudlaşması ilə bağlıdır.
Əmlak məsələləri üzrə ekspert Elnur Azadov isə bildirib ki, rəsmi göstəricilərə görə, 2021-2025-ci illər arasında ilkin mənzil bazarında 55 faiz qiymət artımı qeydə alınıb. Ən yüksək artım Ağ Şəhər ərazisində olub. Həmçinin, Nardaran-Ləhiş bağlarında, "SeaBreeze"də torpaq 70-100 faiz arasında bahalaşıb.
Artım prosesinin davamlı olacağını bildirilir.
Ekspert onu da bildirib ki, paytaxtda 150-dən çox binanın qəzalı olması ilə bağlı rəy verilib, bu binalar artıq istismar müddətini bitirib. Lakin hələ də tikinti şirkətləri üçün bazarda müvafiq şərait yaradılmayıb, bu isə o deməkdir ki, qiymətlərdə bahalaşma tendensiyası davam edəcək.
Daha ətraflı videomaterialı təqdim edirik.
10Источники
-
ulusum.azBakıda bu ərazilərdə evlər kəskin BAHALAŞACAQ - VİDEO ( 17117210)
-
ictimairey.azBakının bu ərazilərində evlər kəskin bahalaşacaq – VİDEO ( 17096192)
-
ekologiya.azBakının bu ərazilərində evlər kəskin bahalaşacaq - VİDEO ( 17090240)
-
manset.azBakıda bu ərazilərdə evlər kəskin BAHALAŞACAQ ( 17089910)
-
sfera.azBakının bu ərazilərindəki evlər 100 faiz BAHALAŞIB ( 17089322)
-
far.azBakıda bu ərazilərdə evlər kəskin BAHALAŞACAQ ( 17089256)
-
publika.azBakının bu ərazilərindəki evlər 100 faiz BAHALAŞIB ( 17087954)
-
konkret.azBakının bu ərazilərində evlər kəskin bahalaşacaq – VİDEO ( 17086943)
-
metbuat.azBakının bu ərazilərində evlər kəskin bahalaşdı ( 17086478)
-
bakivaxti.azBakının bu ərazilərində evlər kəskin bahalaşacaq - VİDEO ( 17085659)