Macarıstanın xarici işlər naziri Peter Siyarto Aİ xarici işlər nazirlərinin Varşavada keçirilən qeyri-rəsmi görüşündə Ukraynaya əlavə vəsait və silah verilməsini dəstəkləməyəcəyini bəyan etmək niyyətindədir.AFN.az xəbər verir ki, bu barədə o özü görüşdən əvvəl X hesabında yazıb."Brüssel Ukrayna üçün daha çox pul və silah tələb edir, onun Aİ-yə üzvlüyünü sürətləndirir və eyni zamanda bizim enerji təhlükəsizliyimizə zərbə vurur. Və onlar bütün bunların əvəzini bizib ödəməyimizi gözləyirlər. Varşavada mən üç ildir danışdığımızı təqdim edəcəyəm: Macarıstan xalqı bu müharibənin əvəzini ödəməyəcək" - deyə Siyarto yazıb.Varşavada keçiriləcək iki günlük görüş qeyri-rəsmi xarakter daşıyır və orada heç bir qərar qəbul edilməyəcək. Onun iştirakçıları bir sıra beynəlxalq problemlər, o cümlədən Ukraynada davam edən münaqişə ilə bağlı fikir mübadiləsi aparmaq niyyətindədirlər.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта